İREX-n Baş ofisindən təkzib
Bizi izləyin

Qırmızı.az

İREX-n Baş ofisindən təkzib

"IREX-in ölkə direktoru Angela Nicoara heç vaxt Azərbaycan prezidentini və hökumətini tənqid etməyib"

İREX-n Baş ofisi təşkilatın Bakı ofisi ilə bağlı yerli mediada yayılan məlumatlara aydınlıq gətirib. “Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX ) bəyan edir ki, Azərbaycan üzrə ölkə direktoru Anjela Nikoara heç vaxt hansısa ermeni şəxsi və ya qurumu dəstəkləməyib, heç vaxt Ermənistan yönümlü hansısa bəyanat (şifahi və ya yazılı) verməyib, heç vaxt Azərbaycan prezidentini və ya hökumətini tənqid etməyib. O, 2010-cu ildən Azərbaycanın qonagi kimi, öz fedakar emekdaşları ile birlikde yorulmadan işləyib, ölkə mediasının inkişafina kömək etməyə, azərbaycanlı gənclər üçün imkanların genişlənməsi yönündə fəaliyyət göstərib.”

Qeyd edək ki, son vaxtlar bank hesablarına həbs qoyulan təşkilatların arasında IREX-in də adı çəkilirdi. Qurumun Bakı ofisi təşkilat və onun direktoru haqqında bir sıra saytlarda yayılan məlumatları bir neçə dəfə təkzib edib. /bizimyol.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm