Qırmızı.az
Xınadan qayıdanlar qəzaya düşdü
Xına mərasimindən qayıdanlar qəzaya düşüb.
ANS TV-nin məlumatına görə, ağır yol qəzası Lənkəranda baş
verib. Ələt - Astara magistralının 196 km-də, yolun Lənkəran
rayonunun Göyşaban kəndi ərazisindən keçən hissəsində Lənkəran
şəhər sakini 24 yaşlı Cavid Qəmbərov idarə etdiyi “Kia Rio” markalı
avtomaşınla Astara istiqamətində hərəkətdə olarkən əks
istiqamətindən gələn Neftçala rayon sakini 25 yaşlı Ayaz Hacıyevin
idarə etdiyi “KamAZ”la toqquşub.
Güclü zərbə nəticəsində “Kia Rio”da yanğın başlayıb. Avtomobildə
baş verən yanğın yoldan keçən şəxslərin müdaxiləsi ilə
lokallaşdırılıb.
Baş verən ağır yol qəzası nəticəsində minik maşınında olan
sərnişinlərdən biri, Lənkəran şəhər sakini 20 yaşlı Lətifə Əlizadə
aldığı xəsarətlərdən hadisə yerində keçinib. Sürücü və digər
sərnişinlər 28 yaşlı Gülər Kərimova və 31 yaşlı Füqanə Zeynallı
müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi
Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanıb.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü