Gəncədə ev yandı
Bizi izləyin

Qırmızı.az

Gəncədə ev yandı

Gəncə şəhərində ev yanıb.

Publika.az-ın FHN-in saytına istinadən məlumatına görə, hadisə şəhərin Nizami rayonunda baş verib.

Belə ki, bu gün saat 13.30 radələrində şəhərin Zərrabı küçəsi, 4-cü döngə 1-ci dalan ev 4-də Şəfiqə Səmədovaya məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2 otaq, dəhlizin yanar konstruksiyaları 70 kv.m sahədə, 1 otağın tavanının yanar konstruksiyaları 30 kv.m sahədə və ev əşyaları qismən yanıb.

Məlumata görə, hadisə yerinə 4 yanğınsöndürən avtomobil cəlb edilib və tezliklə alovun qarşısı alınıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm