Diktor Ramiz Qafarov: “Məni toylara çağırın”
Bizi izləyin

Qırmızı.az

Diktor Ramiz Qafarov: “Məni toylara çağırın”

Ramiz Qafarov Dövlət, idman və mədəni tədbirlərin aparıcısı kimi məşhur olan adamdır. Səsi ilə tanıdığımız məşhur illərdir ölkəmizin mərkəzi stadionunda, idman və mədəniyyət saraylarında öz səsi ilə diqqətləri üzərinə toplamağı bacarıb.

Amma bu dəfə Ramiz müəllim sənətində dəyişiklik edib. Belə ki, o, müğənniliyə də başlayıb. İnternet portallarında onun mahnı oxuyarkən videosu paylaşılıb. Bununla bağlı Ramiz Qafarovun özü ilə əlaqə saxladıq. Məşhur diktor Publika.az-a danışarkən müğənniliyə gəlməsindən danışdı:



- Ramiz müəllim, deyəsən, yeni sənətə başlayıbsız - müğənniliyə?

- Bəli, o videoda mahnı oxuyan mənəm. Mən hələ o vaxtdan bir neçə mahnı bəstələmişəm. "Cənab leytenant" mahnısı da mənə məxsusdur. Bundan əlavə, futbol klublarımıza, eyni zamanda, “Neftçi”yə də mahnı bəstələmişəm. Futboldan başqa voleybolçularımıza da mahnı bəstələmişəm.

Başqa bir çox mahıların bəstəkarıyam, həmin bəstələrimi Nisə Qasımova, Ağadadaş Ağayev, "Qala" qrupu, Nüşabə Ələsgərli, Günel Aslan kimi bir çox müğənnilər oxuyub.

Son vaxtlar oxuduğum “Nənəm” mahnısı çox məşhurlaşıb. Hərkəs ona qulaq asır.



- Necə oldu ki, oxumağa qərar verdiniz?



- Mənim oxumağımı çox bəyənirdilər. Oxumağım üçün çox xahiş etdilər. Hələ müğənni kimi üzə çıxmamışdan öncə toylarda çox xahiş edirdilər, mahnı oxuyurdum. Heç o toya nə aparıcı kimi gedirdim, nə də oxuyan kimi... Olurdu ki, toylarda 7-8 mahnımı oxuyurdum.

Bir dəfə bir tanışım xahiş etmişdi, toyda üç mahnı oxuyum, mən isə o qədər həvəslə oxudum ki, səkkiz mahnı oxudum. Amma bu oxuduqlarımdan pul almırdım.

Yenə deyirəm, çox xahiş etdilər. Xalq mənə “Çox gözəl oxuyursunuz, mahnılarınızı özünüz ifa edin” dedilər. Xahiş etdilər.

Mahnılarımı özüm aranjiman edirəm. Özüməxas, fərqli ifa tərzim var. Hətta Amerikada, Rusiyada və digər xarici ölkələrdə məni tanıyanlar mahnı oxumağımı çox xahiş etdilər.


- İmicinizdə də dəyişiklik etdiniz ...

- İmicimdə də də dəyilişkliklər etdim. Efirə çıxıram deyə insanların gözünü yormaq istəmədim. Müğənni fərqli geyimdə olmalıdır. Əvvəlki ciddi geyimdən çıxa bilməzdim axı. Kök, qarınlı ...

Bundan əlavə, mənə dəyişiklik etmək lazım olduğunu dedilər, mən də etdim.



- Başqa nə dəyişiklik etdiniz?

- Dediyim kimi, camaat içinə çıxıram. Toylara gedirəm deyə, kilo saldım. Saç əkdirdim, ağarmış tüklərimi rənglədim. Hətta 120-130 kq idim. İndi o çəkidən canımı qurtarmışam. Üz-gözümə bir az əl gəzdirdim.

İndi hamı mənə "optimist görünüşünüz var" deyir. Oxuduqlarıma uyğun imicə keçmişəm. Bir sözlə, Ramiz Qafarov dövlət tədbirlərindən xalq şənliklərinə gəlir. (gülür)

Hətta növbəti efirə cinslə çıxdım. Aparıcı mənə "cins şalvarın, deyəsən, dardı axı bir az" dedi. Mən də onlara dedim bu cinsdir, cins dar olmalıdır. Müğənni bilməlidir ki, onun səhnə görünüşü olmalıdır. Camaatın gözünü yormamalıdır.



- İndi çəkiniz neçədir?

- İndi, haradasa, 90 kq olar. 20-30 kq salmışam. Cavan oğlan kimiyəm. (gülür)

- Heç sizə bu sahəni seçdiyiniz üçün irad tutanlar oldumu?

- Birincisi, heç kimin xəbəri yoxdur. İkinci də, mən indi bəstəkar müğənniyəm. Elə təqdim olunuram. Əvvəllər ancaq idman və dövlət tədbirlərinə gedirdim. İndi toylara gedirəm. Toylarda aparıcılıq edirəm.



- Belə çıxır ki, daha idman tədbirləri olsa, getməyəcəksiz?

- Yox, niyə ki.... Yenə dəvət etsələr, yenə də gedərəm. Amma indi həm də toylara gedəcəm.

Sizə deyim ki, o vaxt nazirlər, vəzifəli adamlar deyirdilər ki, oğlumun toyu dövlət tədbiri kimi aparılsın. Buna görə mənə dəvət göndərirdilər ki, övladlarının toyunu mən aparım. Amma o vaxt dövlət tədbirləri apardığım üçün toylara getmirdim. İndi sizin vasitənizlə səslənirəm: Mən xalq içinə gəlirəm.

Aygün İlqarqızı










Oxumağa davam et
Reklam
Reklam

Gündəm