Qırmızı.az
4 min azərbaycanlı ilə bağlı şok sənəd
Fransa Xarici İşlər Nazirliyinin arxivində ermənilərin xalqımıza qarşı törətdiyi tarixi cinayətləri sübuta yetirən sənəd aşkarlanıb.
Trend-in Azərbaycanın Los Anceles şəhərindəki Baş Konsulluğunun Facebook səhifəsinə istinadən verdiyi məlumata görə, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi qətliamları və tarixi cinayətləri sübuta yetirən bu sənəd Fransanın vaxtilə Tbilisidə fəaliyyət göstərən Qafqaz üzrə ali komissarı (səfiri) Damien de Martel tərəfindən Fransanın Xarici İşlər Nazirliyinə (XİN) göndərilmiş və hazırda Fransa XİN-in arxivində saxlanılan məktubudur.
Məktubda Ali Komissar Ermənistanda, paytaxt Yerevan ətrafında
yaşayan qadın və uşaqlar da daxil olmaqla, 4 000 azərbaycanlının
1920-ci ilin iyun ayında erməni ordusu tərəfindən necə kütləvi
qırğına məruz qaldığı göstərilir.
Bu məktub Fransanın Qafqaz üzrə ali komissarı Damien de Martel
tərəfindən 20 iyul 1920-ci ildə Fransanın Xarici İşlər Nazirliyinə
göndərilib.
Sözügedən bu tarixi sənəddən çıxarışda deyilir: "...Bu hərbi
əməliyyatlara gəldikdə isə, Ermənistandan yenicə qayıtmış
şahidlərdən əməliyyatların necə aparıldığına dair bir sıra
məlumatlar əldə etmişəm. İyun ayının axırlarında İrəvanın cənubunda
erməni qoşunları 40 000-dən çox müsəlmanın [azərbaycanlının]
məskunlaşdığı 25 tatar [azərbaycanlı] kəndini mühasirəyə almışlar.
Paytaxta yaxın ərazidə yaşayan və hər hansı müstəqillik iddiasında
olmayan buradakı əhali həmişə sakit və sülhpərvər həyat tərzi
sürüb. Onları top atəşləri ilə yaşadıqları kəndlərdən qovaraq Araz
çayına töküblər. Boşalan kəndləri isə qısa zamanda gəlmə ermənilər
işğal edib. Bu hadisə zamanı erməni əsgərlər tərəfindən qadın və
uşaqlar da daxil olmaqla 4 000 nəfər Araz çayına tökülərək
öldürülüb".
Bu sənədi maraqlı edən birinci amil ondan ibarətdir ki, həmin
dövrdə ermənilər bir tərəfdən fransızları köməyə çağıraraq, onları
bolşeviklərdən qorumağa və hətta Türkiyədəki "tarixi erməni
torpaqlarını" işğal etməyə səsləyir.
Digər tərəfdən isə sözügedən sənəddən də görüldüyü kimi, Fransanın Qafqaz üzrə ali komissarı azərbaycanlılara qarşı törədilmiş qətliamları təsdiqləyir. Bir sözlə, fakt öz faktlığında qalır.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik