Narkotik aludəçisi tutuldu
Bizi izləyin

Qırmızı.az

Narkotik aludəçisi tutuldu

Saatlıda narkotik tərkibli kolların əkilib becərilməsi ilə məşğul olan şəxs saxlanılıb.

ANS PRESS-in məlumatına görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən növbəti dəfə rayon ərazisində narkotik vasitələrə qarşı əməliyyat tədbirləri həyata keçirilib.

Aparılan axtarışlar zamanı rayonun Novruzlu kənd sakini Vüsal Vəliyevə məxsus həyətyanı sahədə narkotik tərkibli çətənə kolları aşkar edilib.

Məlum olub ki, Vüsal həmin kolları mal tövləsinin yanında gizlin sahədə əkib. Həmçinin araşdırma zamanı kollara aqrotexniki qulluq göstərilərək yetişdirildiyi məlum olub.

Saxlanılan şəxs narkotik aludəçisi olduğunu etiraf edib.

Bir neçə ildir ki, narkotik vasitə istifadəçisi olan Vüsal əməlindən peşman olduğunu dilə gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm