• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kanada silkələndi

Kanada silkələndi

Kanadada zəlzələ məydana gəlib.

ANS PRESS-in məlumatına görə, Kanadanın Alberta ştatında yerləşən Kalqari şəhərində 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Kanadanın yerli informasiya mərkəzlərinin verdiyi açıqlamada, zəlzələnin Edmonton ilə Kalqari şəhərlərinin arasında və Red Dir bölgəsinin qərbində hiss edildiyi bildirilib. Zəlzələdə ölən və ya xəsarət alanın olmadığı, maddi ziyanın meydana gəlmədiyi açıqlanıb.

Zəlzələdən sonra 500-ə yaxın evə ötürülən təbii qaz nəqli dayandırılıb. Buna səbəb isə xətlərdə hər hansısa bir sızıntı olub-olmadığını dəqiqləşdirmək olub.

Qeyd edək ki, Kanadanın Alberta ştatında nadir hallarda yeraltı təkanlar baş verdiyi bildirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR