Nabranda sərxoş vəziyyətdə dənizə girən öldü
Bizi izləyin

Qırmızı.az

Nabranda sərxoş vəziyyətdə dənizə girən öldü

Ötən gün gecə saatlarında Nabranda vətəndaşlardan birinin içkili vəziyyətdə dənizə girməsi ölümlə nəticələnib.

Publika.az-ın FHN-in mətbuat xidmətinə istinadən məlumatına görə, Xaçmaz rayonu, Nabran qəsəbəsində sərxoş halda dənizdə (“Nabran” sularda xilasetmə məntəqəsindən, təxminən, 7 km məsafədə, nəzarət olunmayan ərazidə) 1979-cu il təvəllüdlü Ruslan Ağayar oğlu Quliyev çimərkən batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb. R.Quliyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən badığı yerdən 400 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 23:52-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm