“Facebook”da inanılmaz fırıldaq
Bizi izləyin

Qırmızı.az

“Facebook”da inanılmaz fırıldaq

İllik 6,5 milyard dollar böyüklüyündəki bəhs bazarından pay almaq istəyənlərin inkişaf etdirdikləri sistem eşidənləri təəccübləndirir.

Publika.az-ın məlumatına görə, bunun üçün ictimai paylaşma saytlarını istifadə edən bu kəslər pula pul demir. Ağlasığmaz taktikalarla pul qazanan bu insanlar, “Facebook”dakı səhifələrində matçları və nəticələrini bildiklərini iddia edir. Şəxsiyyətləri bilinməyən bu kəslərin minlərlə təqibçisi var.

Qazandıqları düz kuponları göstərərək insanları cəlb edən bu fırıldaqcı profillər üzvülük haqqı üçün bir insandan 50-500 dollar arası pul qoparda bilərlər. Tilova düşənlərin ən çoxunun cavanlar olduğunu nəzərə alaraq bəzi profillər tələbələrə endirim də təqdim edir. Bu insanların matçların sonunu əvvəlcədən deyə bilmədiyi təqdirdə heç bir məsuliyyət daşımadığı da üzvlə səhifə arasında bağlanan e-müqavilədə də qeyd edilir. Yalnız bu müqaviləyə razılıq verdikdən sonra proqnozlar “cənnət”inə daxil ola bilərsən.

Bu insanların fırıldaqçı olduğu təkzib olunmazdır, lakin yaşadığımız internet dövründə 100 minlərlə üzv cəlb edə bilməsi təəccüb doğurur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm