Əsgərimizin şəhid olması ilə bitən Tovuz gülləbaranı – Təfsilat
Bizi izləyin

Qırmızı.az

Əsgərimizin şəhid olması ilə bitən Tovuz gülləbaranı – Təfsilat

Bu gecə saat 03 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələri Tovuzun Əlibəyli və Hacallar kəndlərini müxtəlif çaplı silahlardan şiddətli atəşə tutublar.

Sakinlərin Axar.az-a verdiyi məlumata görə, gülləbaran o səviyyədə olub ki, sübhə yaxın kənd əhalisi sığınacaqlara yerləşdirilib.

Ordumuz düşmənin susdurulması üçün cavab atəşi açıb. Atışma nəticəsində 1995-ci il təvəllüdlü əsgər Fətəlizadə Rüfət Nazim oğlu şəhid olub.

Əlibəyli istiqamətində bu cür şiddətli atışmanın isə səbəbi ötən gündən başlayıb. Belə ki, avqustun 1-dən başlayan gərginlik dünən daha ciddi müstəviyə keçib. Ötən gün erməni əsgərləri kəndin hərbi posta yaxın hissəsində VAZ 2107 markalı avtomobili vuraraq, partlatmışdlar. Avtomobildə olan 3 mülki vətəndaş isə xəsarətdən son anda xilas olmuşdu.

Azərbaycan ordusu isə erməni əsgərlərinin bu atəşinə adekvat cavab vermişdilər və ötən gün Ermənistan ordusunun Tovuz rayonu ilə üzbəüz mövqedə yerləşən hərbi hissəsinin komandirinə aid olduğu deyilən “Cip” avtomobilini bir neçə atəşlə partlatmışdılar.

Arminfo xəbər agentliyi də bu atışmanı təsdiqləyərək, Ermənistanın Tavuş rayonunun sərhəd məntəqəsi olan Nerkin Karmiraxbür kənd icra nümayəndəsi Andranik Aydinyana istinadla, 8 avqust gecəsi Azərbaycan ordusunun əsgərlərinin açdığı atəş nəticəsində yolda hərəkət edən avtomobilin partlamasını təsdiqləmişdi. Sürücünün xilas olduğu bildirilən bu hadisədə partlayan avtomobilin markası isə qeyd edilməyib.

Hazırda atəş nisbətən azalsa da, tam kəsilməyib. Bir neçə dəqiqə əvvəl Axar.az-a telefon vasitəsilə Əlibəyli kənd sakini tərəfindən bu məlumat verilərkən də güllə səsləri eşidilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm