Şöbə müdirinin oğlu suda batdı
Bizi izləyin

Qırmızı.az

Şöbə müdirinin oğlu suda batdı

Xaçmazın Nabran ərazisində bir nəfər dənizdə boğulub.

ANS PRESS-in bölgə müxbirinə istinadən məlumatına görə, hadisə dünən baş verib.

Boğularaq ölən şəxsin Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatalogiya şöbəsinin müdiri Ağayar Quliyevin oğlu olduğu məlum olub.

35 yaşında dünyasını dəyişən mərhumun özü də həkim olub.

Ruslan Quliyevin meyiti dünən gecə saatlarında xilasedicilər tərəfindən sudan çıxarılıb.

Ehtimala görə, mərhum dənizdə xeyli dərinə getdiyi üçün boğulub.

Ruslan Quliyev bu gün günorta saatlarında Xaçmazda dəfn edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm