Türkiyəyə aparılan əsgərlərdən birinin iki ayağı amputasiya edildi
Bizi izləyin

Qırmızı.az

Türkiyəyə aparılan əsgərlərdən birinin iki ayağı amputasiya edildi

Cəbhə bölgəsindəki atışmada yaralanan üç Azərbaycan əsgəri müalicə üçün dünən Türkiyəyə göndərilib. «Anadolu» xəbər agentliyi bildirir ki, əsgərlərdən Ədalət MəmmədovAnkara Eğitim ve Araştırma Hastanesi-nə, Elvin Əsgərov və Sərxan Tahirzadə Atatürk Eğitim ve Araştırma Hastanesi-nə yerləşdirilib.

Səhiyyə Nazirliyi Təcili Tibbi xidmətin baş direktoru Osman Arıkan Nacar əsgərlərdən birinin həyati təhlükəsinin sovuşmadığı, digərlərininsə durumunun normal olduğunu deyib. Osman Arıkan Nacar vəziyyəti pis olan əsgər 19 yaşlı Sərxan Tahirzadə iki ayağını itirdiyini, digər iki əsgərin qarın içi yaralanmasının olduğunu bildirib. Nacar vəziyyəti pis olan xəstənin bir gözünün amputasiya edildiyini söyləyib.

İyulun 31-dən bəri cəbhə xəttində gedən atışmalarda 15 Azərbaycan əsgəri həlak olub olub. (Azadlıq radiosu)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm