Lənkəranda aktrisalar qəzaya düşdü- 1 ölü, 3 yaralı
Bizi izləyin

Qırmızı.az

Lənkəranda aktrisalar qəzaya düşdü- 1 ölü, 3 yaralı

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, avqustun 8-i axşam saatlarında Masallı rayonunda 1 nəfərin ölümü, daha 3 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Məlumata görə, Ələt-Astara yolunun 196-cı kilometrliyində avtokranla toqquşan "Kia" markalı avtomobildəkilər Lənkəranın "Xınayaxdı" qrupunun üzvləri - Lənkəran Dövlət Teatrının aktrisaları olub.

Qəzada həyatını itirən 20 yaşlı Lətafət Əlizadə həmin qrupun üzvü, həm də qrupun rəhbəri Sevinc xanımın qızı olub. Bundan başqa, qrupun üzvü olan 3 qadın və sürücü də ağır xəsarət alıb. Yaralılar Lənkəran sakinləri, 1990-cı il təvəllüdlü Cavid Qəmbərov, 1986-cı il təvəllüdlü Gülər Kərimova, 1983-cü il təvəllüdlü Füqanə Zeynallı və Lənkəran Dövlət Teatrının aktrisası Aynur Əhmədovadır.

Faktla bağlı araşdırmalar davam edir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm