Səsverməyə gedirdi, uçurumdan düşdü (FOTO)
Bizi izləyin

Qırmızı.az

Səsverməyə gedirdi, uçurumdan düşdü (FOTO)

Türkiyə ötən gün ilk dəfə olaraq səsvermə yolu ilə yeni prezidentini seçdi.

ANS PRESS-in məlumatına görə, səhər saatlarından başlayaraq ölkə vətəndaşları seçki məntəqələrinə axın ediblər. Onlardan bir çoxu rahat şəkildə səs verib qayıtsa da, səsverməyə gedərkən bəxti gətirməyən də olub. Belə ki, Bitlisin Hizan rayonunda yaşayan Məhmət Salih Arslan adlı vətəndaş səhər saatlarında seçki məntəqəsinə gedərkən, yolda müvazinətini itirərək 50 metrlik hündürlüyü olan uçurumdan aşağı düşüb.

Bir müddət ağsaqqal kişidən xəbər tuta bilməyən ailəsi, narahat olmağa başlayıb. Onun getdiyi yolu nəzərdən keçirən ailə üzvləri yaşlı kişini uçurumdan aşağıda, yaralı halda tapıblar.

Kəndlilərin köməyi ilə düşdüyü yerdən çıxarılan Arslan hadisə yerinə gələn təcili yardım maşını ilə Hizan dövlət xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan Arslana ilkin tibbi yardım göstərildikdən sonra Bitlisə göndərilib.

Qeyd edək ki, ötən gün Türkiyədə keçirilən prezident seçkisini 51.95 faiz səslə AKP namizədi Rəcəb Tayyib Ərdoğan qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm