Sərxoş sürücü mağazaya maşınla girdi
Bizi izləyin

Qırmızı.az

Sərxoş sürücü mağazaya maşınla girdi

Bu gecə Bakının Nəsimi rayonu Eldar Babayev küçəsində yol nəqliyyat hadiəsi baş verib. Hadisə nəticəsində sürücünün idarəetməsindən çıxan “VAZ 2104” markalı avtomobilin mağazaya çırpılıb.

Belə ki, yolun əks tərəfi ilə hərəkətdə olan “VAZ” markalı avtomobil yolun kənarındakı mağazaya girib. Xoşbəxtlikdən xəsarət alan olmasa da mağazaya ciddi ziyan dəyib.

Publika.az-ın məlumatına görə, sükan arxasında olan sürücü hadisə yerindən qaçmağa çalışsa da, sakinlər onun qarşısını ala biliblər. Sürücü sərxoş olduğundan o hadisənin necə olduğunu belə xatrlamayıb.

Qəza baş verən zaman isə mağazada heç kim olmayıb.

Baş verən hadisə ilə mağaza sahibi sürücüdən zərərin ödənilməsini tələb edib. Artıq bununla bağlı Nəsimi rayon polis idarəsinədə müraciət edilib. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm