Füzulidə görüş keçirilib
Bizi izləyin

Qırmızı.az

Füzulidə görüş keçirilib

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Füzuli rayonİcra Hakimiyyətinin başçısı Alı Alıyev Kürdmahmudlu kəndində növbəti səyyar qəbul-görüş keçirmişdir.

Rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirak etdikləri səyyar qəbul-görüşdə çıxış edən Alı Alıyev əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, işğaldan azad edilmiş ərazilərdə aparılan geniş quruculuq və abadlıq işlərindən danışmışdır.

Alı Alıyev qeyd etmişdir ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə imkan verir.

Görüşdə kənd sakinlərinin müraciətləri, arzu və təklifləri dinlənilmişdir. Kənd sakinlərinin içməli və suvarma suyu, elektrik enerjisi, torpaq və digər sosial məsələlərlə bağlı qaldırdıqları məsələlərin bir çoxu rayon İcra Hakimiyətinin başçısı Alı Alıyevin göstərişi ilə yerindəcə həll edilmiş, digərlərinin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıq verilmişdir.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq quruculuq işlərindən razılıqlarını ifadə edərək, dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Səyyar qəbulda iştirak edənlər müraciətlərinin həmişə diqqət mərkəzində saxlanıldığını bildirməklə ən böyük arzularının Qarabağın düşmən tapdağından azad olunacağına inamlarını ifadə etmişlər.

Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev son günlər cəhbə xəttində baş verən hadisələrə münasibət bildirmiş, gənclərin və yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinə rayonda ciddi diqqət yetirildiyini söyləmiş, bütün bu işlərin prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan məqsədyönlü siyasətlə ahəngdarlıq təşkil etdiyini vurğulamışdır.

Alı Alıyev hər bir füzuli sakininin Alı Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə hazır olduğunu diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, füzulililər iqtisadiyyatı güclü olan Azərbaycanın hərbi qüdrətinin daha da möhkəm olması işində bundan sonra da fəal iştirak edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm