Bakıda 27 yaşlı gənc qətlə yetirildi
Bizi izləyin

Qırmızı.az

Bakıda 27 yaşlı gənc qətlə yetirildi

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qətl hadisəsi baş verib.

Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən Publika.az-a verilən məlumata görə, Bakı şəhər sakini, 45 yaşlı Əliş Abdullayev tanışı, 27 yaşlı Elməddin Əliyevi bıçaqlayıb. Yaralı döş qəfəsindən aldığı xəsarətlərlə xəstəxayaya çatdırılarkən yolda dünyasını dəyişib.

Hadisəni törədən E.Abdullayev saxlanılıb. Qətlin təfərrüatları araşdırılır.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm