Qırmızı.az
1000-ə yaxın əlil istirahətə göndərilib
ƏƏSMN son iki ay yarımda 950 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzlərinə göndərib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, daha 30 nəfər əlilliyi olan şəxs Şəkidə yerləşən sağlamlıq-istirahət mərkəzlərinə yola salınıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,
bununla ƏƏSMN tərəfindən cari ilin yaz-yay mövsümündə ölkənin Şəki,
Lənkəran və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq
mərkəzlərində istirahəti təşkil olunan əlilliyi olan şəxslərin sayı
950 nəfərə çatıb. Adıgedən proqrama əsasən, mövsümün sonunadək daha
112 nəfər istirahətə yola salınacaq.
Qeyd olunan mərkəzlərdə xüsusi proqram çərçivəsində əlilliyi olan
şəxslər üçün musiqili-əyləncəli tədbirlər, idman yarışları və
viktorinalar, göldə üzgüçülük, balıq ovu, ətraf rayonlara gəzinti
turları təşkil edilir. Həmin şəxslər istirahət etdikləri müddətdə
tibbi və fizioterapevtik prosedurlara da cəlb olunurlar.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO