İki gün külək olacaq
Bizi izləyin

Qırmızı.az

İki gün külək olacaq

Avqustun 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 32-36 dərəcə isti olacaq.

Rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm