Qırmızı.az
ATU-nun əcnəbi məzunları işlə təmin olunub
2012-2013-cü tədris ilində Tibb Universitetinin Əczaçılıq fakültəsindən məzun olmuş 8 nəfər İran vətəndaşı öz diplomlarını tanıtdırıblar.
Onlar Ulumpayə imtahanlarını müvəffəqiyyətlə verib işgüzar həyata qədəm basıblar. Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə Xarici tələbələrlə iş üzrə dekan Gülər Seyidova məlumat verib.
G.Seyidovanın sözlərinə görə, həmin tədris ilində ATU-nun stomatologiya fakültəsini bitirən 86 nəfər İran vətəndaşının əksəriyyəti də həmin imtahanlardan uğurla keçə biliblər.
Maraqlıdır ki, bir sıra xarici ölkələr - Hindistan, Filippin və Ukrayna universitetlərindən məzun olan gənclərə nisbətən, Azərbaycandan oxuyan iranlı məzunlar daha çox fərqləniblər. Onların uğuru Tehran Universitetinin müəllimləri tərəfindən də xüsusilə qeyd olunub. Bu nostrifikasiya imtahanından sonra artıq məzunların hamısı işlə təmin olunub.
Qeyd edək ki, hər il dünyanın müxtəlif ölkələrindən 100-lərlə tələbə təhsil almaq üçün Azərbaycan Tibb Universitetinə müraciət edir. Onlar 1 il hazırlıq kursları keçdikdən sonra Universitetin müxtəlif fakültələrində təhsilini davam etdirirlər. Universitetdə dərslər 3 dildə: Azərbaycan, Rus və İngilis dilində aparılır. Tələbələr bu dillərdə olan yeni dərsliklərlə təmin olunmaqla yanası, Universitetin tibbi kitabxanasından və internet şəbəkəsindən geniş səkildə istifadə edirlər.
Hazırda universitetdə 19 xarici ölkədən 1000 nəfərə yaxın xarici tələbə təhsil alır. ATU-nun rektoru Əhliman Əmiraslanov daim əcnəbi tələblərlə görüşlər təşkil edir, onların təklif və rəylərini dinləyir. Xarici ölkələrdən olan tələbələr sonradan öz ölkələrinə ali ixtisaslı mütəxəssis kimi qayıdırlar. Bu gün dünyanın 28 ölkəsində ATU-nun məzunları çalışır.
Publika.Az
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər