BQXK Karen Petrosyanın meyitinin qaytarılması məsələsinə aydınlıq gətirdi
Bizi izləyin

Qırmızı.az

BQXK Karen Petrosyanın meyitinin qaytarılması məsələsinə aydınlıq gətirdi

Tovuz rayonu ərazisində ələ keçirilən Ermənistan vətəndaşı Karen Petrosyanın meyitinin ölkəsinə qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəflərin razılaşmasından sonra əməliyyatda iştirak edə bilər.

Bu barədə Publika.az-a Beynəlxalq Qızıl Xaç Komitəsinin(BQXK) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, meyitin qaytarılması üçün ilk növbədə tərəflər razılığa gəlməlidir. Razılıq əldə edildikdən sonra BQXK neytral vasitəçi kimi əməliyyatda iştirak edəcək.

BQXK-dən bildirilib ki, Karen Petrosyanın ölümü ilə bağlı ailəsinə məlumat verilib.

Qeyd edək ki, avqustun 7-də Tovuz rayonu ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilib, Berd rayonunun Çinari kənd sakini, 1989-cu il təvəllüdlü Karen Petrosyan isə ələ keçirilib.

Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan dünyasını dəyişib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm