Qırmızı.az
Lənkəranda gəlin toydan qaçdı (TƏFƏRRÜAT)
Lənkəran rayonunda toy gəlinsiz baş tutub.
ANS PRESS-in məlumatına görə, iki gün sonra gəlin olacaq nişanlı
qız evdən qaçıb.
Nişanlı qızın bu addımından sonra 8 avqusta təyin edilmiş toy
təxirə salınmayıb. Baş verənlərdən xəbərsiz olan qonaqlar toyda
iştirak ediblər. Lakin Nəriman (ad şətridir) adlı gənc bəy
kürsüsünə oturarkən yanı boş olub.
Rayon sakinlərinin bildirdiklərinə görə, 28 yaşlı Nəriman 19 yaşlı
Günellə (ad şərtidir) 3 ildir nişanlı olublar. Nəriman Bakıda ev
təmiri işləri ilə məşğul olub, Günel isə Lənkəran şəhərindəki
kolleclərin birində oxuyurmuş.
İlk günlər münasibətləri normal olan nişanlılar son zamanlar yola
getməyiblər. Qız dəfələrlə nişanı qaytarmaq istəsə də, oğlan qəti
olaraq buna qarşı çıxıb. Qızın valideynləri də oğlan tərəfi ilə
danışaraq nişanı qaytarmağı təklif ediblər.
Bu barədə bir kəlmə belə eşitmək istəməyən oğlanın tərsliyi sonda
özünə baha başa gəlib. Qız "Mən bu toyun əleyhinəyəm. Rəfiqəmgilə
gedirəm, məni axtarmayın" yazaraq evdən qaçıb.
Toydan bir neçə gün əvvəl qızlarının gəlin gedəcəyi evə cehizlərini
daşıb, bəzəyən valideynlər övladlarının harada olduğundan xəbərsiz
olduğunu deyirlər.
Lənkəran rayon Polis İdarəsindən isə hadisə barədə eşitdiklərini,
lakin bu mövzuda şikayət ərizəsinin qəbul olmadığını
bildirdilər.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK