Qırmızı.az
Nömrəsini gizlədən "Porsche Cayenne"nin sürücüsü həbs edildi (FOTO)
"Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən, sürücü idarə
etdiyi nəqliyyat vasitəsinin dövlət nömrə nişanının təmiz
saxlanılmasını və onun görünməsi təmin etməlidir. Lakin Bakı şəhəri
ərazisində idarə edilən bəzi avtomobillərin dövlət nömrə
nişanlarının müxtəlif vasitələrlə gizlədilməsinə nail olmaq istəyən
"ağıllı" sürücülərə rast gəlinir ki, bu da sanki Bakı şəhəri
ərazisində quraşdırılmış kameraların aldadılması kimi düşünülüb. Bu
barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis
İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə
bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat
verib.
V.Əsədovun sözlərinə görə, təhlükəsizliyi təmin edərkən gün ərzində Bakı şəhəri üzrə keçirilən tədbirlər zamanı bu kimi faktlar aşkar edilir: "Bu cür hərəkətə görə "Porsche Cayenne" "cip" markalı 90 FA 012 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Binəqədi rayon sakini 12 avqust 1988-ci il təvəllüdlü Əhədov Orxan Babaverdi oğlu Xəzər rayon məhkəməsi tərəfindən 25 sutka həbs cəzası alıb. O, doğum gününü həbsdə keçirəcək".
V.Əsədov deyib ki, sürücü pult vasitəsilə istənilən zaman
avtomobilin səsboğucu qazanlarının səsinin artırıb-azaldılmasını,
həmçinin mexanizm vasitəsi pərdələrin çəkilməsi ilə dövlət nömrə
nişanlarının görünməməsini nizamlayır:
"Yəni dövlət nömrə nişanının üzərinə qara örtük çəkərək avtomobilin nömrəsiz idarə edilməsinə cəhd edib. Bu azmış kimi, sürücü Zaqulba prospekti ilə hərəkət edərkən yol boyu polisin saxlama işarəsinə əhəmiyyət verməyərək hərəkətini davam etdirib. Eləcə də yaradılmış süni maneəyə baxmayaraq əks istiqamətdə həmin yolla qarşılıqlı hərkət zolağı ilə hərəkətdə olan avtomobillərə qəza şəraiti yaradaraq, yol boyu nizamlanan yol ayrıclarında işıqforun tələblərini pozaraq yüksək sürətlə digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradıb. Radiocihaz vasitəsilə həmin hərəkət istiqamətində tam süni sıxlıq yaratmaqla avtomobil sürücüsü ilə birgə saxlanılıb və barəsində tərtib edilmiş sənədlər aidiyyəti üzrə məhkəməyə göndərilib. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə avtoxuliqanlıq etdiyinə görə sürücü cəzalandırlıb".
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO