TQDK müraciət etdi
Bizi izləyin

Qırmızı.az

TQDK müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili üçün rezidenturaya qəbul olmuş şəxslərə müraciət edib.

TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəbul olanlar iş nömrəsi, şəxsiyyət vəsiqəsi və onun surəti,ali tibb təhsili haqqında sənəd (diplom) və onun surəti barədə sənədləri avqustun 15-dək Səhiyyə Nazirliyinə təqdim etməlidirlər.

Rezidenturaya qəbul olanların ixtisaslar üzrə müraciət edəcəkləri gün və tarix TQDK-nın rəsmi saytında yerləşdirilib.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm