Müğənni Kərim avtoşluq etdiyi üçün saxlanıldı - VİDEO, FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Müğənni Kərim avtoşluq etdiyi üçün saxlanıldı - VİDEO, FOTOLAR

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, bir neçə gün bundan əvvəl müğənninin sosial şəbəkələrdə avtoşluq etməsi barədə video paylaşılandan sonra araşdırmalara başanılıb.

Yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü Kərim Abbasov saxlanılıb. Onun avtomobili cərimə meydançasına aparılıb.


“Sürücünün izahatı alınıb. Hazırda onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada qərar qəbul ediləcək”, - deyə Vaqif Əsədov vurğulayıb.


Qeyd edək ki, bir neçə gün bundan əvvəl müğənni Kərim avtoşluq edib. Bunu əks etdirən video sosial şəbəkələrdə paylaşılıb. Bundan sonra yol polisi araşdırmalara başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm