6 ay əvvəl baş vermiş qətlin üstü açıldı
Bizi izləyin

Qırmızı.az

6 ay əvvəl baş vermiş qətlin üstü açıldı

6 ay əvvəl Gəncə şəhərində törədilmiş qətlin üstü açılıb. Gəncə Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, bu il fevralın 20-də Gəncə şəhər sakini Maral İsmayılzadəni mənzilində qətlə yetirən Arzu Quliyev həbs olunub. Gəncə Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, o, qadını tamah məqsədilə öldürüb, sonra da uzun müddət istintaqdan yayınıb.

A.Quliyev saxlanılarkən üzərindən narkotik də aşkarlanıb. Evindən isə ümumi çəkisi 633 kq 300 qr olan 108 ədəd çətənə kolları tapılıb.

Qeyd edək ki, A.Quliyev əvvəllər də cinayət törətdiyinə görə məhkumluq həyatı yaşayıb.

.

Onun barəsində Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm