
Avqustun 11-də təhsil naziri Mikayıl Cabbarov “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, 2013-2014-cü dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub.
Qeyd edək ki, məzunların qızıl və gümüş medalla təltif olunması
Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi
nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla
təltif olunma Qaydası” əsasında həyata keçirilib.
Gülxar