Qırmızı.az
Prezident orta məktəbdə olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olmuşdur.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi
istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir.
Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun
olaraq təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əsaslı şəkildə
yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının
inşası uğurla həyata keçirilir. Yeni dərs ili ərəfəsində
respublikanın hər yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf
qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə
yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil
müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir,
yaşıllıqlar salınır.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu
istiqamətdə görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat
verdi. Qeyd edildi ki, 115 nömrəli məktəbin binası 1965-ci ildə
inşa olunub. Dövlətimizin başçısının tapşırıqlarına əsasən 5 min
kvadratmetr tikinti sahəsi olan məktəbdə yeni dərs ili ərəfəsində
əsaslı yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata
keçirilib. 47 sinif otağından ibarət 1380 şagird yerlik məktəbdə
dərslər əsasən iki növbədə keçiriləcək. Məktəbin bütün sinif
otaqları, ayrı-ayrı fənn kabinetləri yüksək səviyyədə təmir olunub
və lazımi ləvazimatla təchiz edilib.
Prezident İlham Əliyev sinif otaqlarında və fənn kabinetlərində
yaradılan şəraitlə tanış oldu.
Məktəbin akt zalı, yeməkxanası, açıq və örtülü idman meydançaları
da ən müasir standartlara uyğun şəkildə yenidən qurulub. Təhsil
ocağının bir hektarlıq həyətyanı sahəsində abadlıq və quruculuq
işləri həyata keçirilib, yaşıllıqlar salınıb. İstilik və
işıqlandırma sistemləri də müasir standartlar səviyyəsindədir.
Məktəb içməli və texniki su sistemləri ilə təchiz edilibdir.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO