Səhiyyə Nazirliyi dövlət qulluğuna müsahibə elan edir
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyi dövlət qulluğuna müsahibə elan edir

Səhiyyə Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edir.

Publika.az-ın məlumatına görə, müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Səhiyyə Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu avqustun avqustun 25- I saat 18:00-dək Səhiyyə Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Səhiyyə Nazirliyinə müraciət edilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm