Bakı və Ağcabədidə maşın yandı
Bizi izləyin

Qırmızı.az

Bakı və Ağcabədidə maşın yandı

Bakı və Ağcabədidə maşın yanıb.

ANS PRESS-in məlumatına görə, ilk yanğın hadisəsi Bakı şəhərinin Nizami rayonunda vətəndaşa məxsus qarajın içərisində baş verib.

Belə ki, vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Qaraj yanğından mühafizə olunub.

İkinci yanğın Ağcabədi rayonunda olub. Taxtakörpü ərazisində vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin arxa təkərləri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm