Metroda həyəcanlı anlar
Bizi izləyin

Qırmızı.az

Metroda həyəcanlı anlar

London metrosunda həyəcanlı anlar yaşanıb.

ANS PRESS-in məlumatına görə, İngiltərənin paytaxtı Londonda metroda baş verən valideyn diqqətsizliyi az qala körpənin ölümünə səbəb ola bilərdi. Yaşanan hadisə metronun təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb. Belə ki, Londonda gənc bir ata uşaq arabasında olan 2 yaşlı övladını metro platformasına yaxın yerdə qoyaraq, eskalatorun başında onu gözləyən həyat yoldaşının yanını çıxır. Elə bu vaxt hərəkət edən uşaq arabası relsin üzərinə düşür.

Arabanın hərəkət etdiyini görən uşağın anası dərhal özünü qaçaraq relsin üstenə atır və ərinin köməyi ilə övladını oradan çıxarır. Ailə bir neçə dəqiqə hadisənin şokundan çıxa bilmir. Adətən, 5 dəqiqə intervalla işləyən metro qatarları, xoşbəxtlikdən bu dəfə gecikib, yoxsa gənc ailə faciə ilə üzləşə bilərdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm