700 bal toplayanlardan 5-i qızıl medal aldı
Bizi izləyin

Qırmızı.az

700 bal toplayanlardan 5-i qızıl medal aldı

Ötən gün təhsil naziri Mikayıl Cabbarov “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb.

ANS PRESS-in Təhsil Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, 2013-2014-cü dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub.

Qızıl medalla təltif olunanlar arasında bu il qəbul imtahanlarında maksimum nəticə göstərən abituriyentlər də var. Belə ki, 700 bal toplayan 9 abituriyentdən 5-i həm də qızıl medala layiq görülüb. Bunlar Qurbanlı Könül Yusif qızı, Qədimbəyli Qoşqar Azər oğlu, Nəbizadə Fatimeyizəhra Namiq qızı, Rzayev Samir Zahid oğlu və Məmməd Hacılıdır.

Bakıdakı 289 nömrəli orta məktəb - "Zəngi" Liseyinin məzunu Könül Qurbanlı (I qrup) ADA Universitetinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasına, Bakı şəhəri 287 nömrəli “Zəkalar” Liseyinin məzunu Qoşqar Qədimbəyli (II qrup) ADA Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisasına, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Fatimeyizəhra Nəbizadə (I qrup) isə Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsin ə, Bakıdakı "Dədə Qorqud" Liseyinin məzunu Məmməd Hacılı (I qrup) Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Samir Rzayev (II qrup) Azərbaycan Diplomatik Akademiyasının (ADA) biznesin idarəedilməsi ixtisasına qəbul olub.

Qeyd edək ki, məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” əsasında həyata keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm