Qırmızı.az
Şeyx Ərdoğanı təbrik etdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam
Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmiş
Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Bu barədə
Publika.az-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Təbrikdə deyilir: "Türkiyə Cümhuriyyəti tarixində xalqın seçimi ilə
keçirilən ilk Prezident seçkilərində inamlı və parlaq qələbə
qazanmağınız münasibətilə Sizi Azərbaycan, Qafqaz müsəlmanları
adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Cənabınızın
Türkiyə dövlətinin rifahı, türk millətinin səadəti, İslam birliyi
naminə gördüyünüz bütün işlərə Allah-Təaladan xeyir-dualar
diləyirik".
"Bu qələbənin qürur və şərəfini yaşamağa tam haqqınız vardır.
Sizin, xalq tərəfindən seçilmiş ilk Türkiyə Prezidenti olmanızla
dövlətinizin tarixində yeni dönəmin başlanğıcı qoyuldu. Əminəm ki,
Türkiyənin XII Prezidenti olaraq Türkiyə xalqının rifah və
tərəqqisi, dünya miqyasında mövqelərinin güclənməsi yolunda
görəcəyiniz işlər möhtəşəm olacaqdır, inşallah!
Möhtərəm və əziz qardaşım! Bu böyük uğurdur. Bu, Türkiyə
Cümhuriyyəti ilə əbədi və qırılmaz tellərlə bağlı olan, "bir
millət, iki dövlət" olan Azərbaycanın da uğurudur. Zatən,
sevincimiz bir, kədərimiz birdir. Qoy Uca Allah Türkiyə -Azərbaycan
qardaşlığını daimi qərar versin, Uca Nəzərini dövlətlərimiz,
xalqlarımız və dövlət başçılarımızın üzərindən əsirgəməsin!
Ümidvarıq ki, Zati-aliləriniz ənənəyə sadiq qalaraq, bu seçkilərdən
sonra da ilk olaraq Azərbaycana təşrif buyuracaqsınız. Qardaş
Azərbaycanda cənabınızı şəxsən ziyarət etmək şərəfinə nail olarıq,
inşallah!
Bir daha bütün Azərbaycan müsəlmanları adından Sizi ürəkdən təbrik
edir, Uca Yaradandan cənabınıza can sağlığı, uzun ömür və Türkiyə
dövlətinin qüdrəti, türk-İslam dünyasının yüksəlişi naminə möhtəşəm
fəaliyyətinizə yeni uğurlar diləyirəm!", - deyə təbrikdə
bildirilir.
-
Magazin122:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Magazin122:12
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm” - FOTO
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU