Nazirlik bir qrup əlili Yunanıstana müalicəyə göndərdi
Bizi izləyin

Qırmızı.az

Nazirlik bir qrup əlili Yunanıstana müalicəyə göndərdi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin xaricdə bərpa müalicəsinin təşkili işlərinin davamı olaraq, daha bir qrup əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Yunanıstana bərpa müalicəsinə yola salınıb. Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Məlumata görə, onlar həmin ölkənin Soloniki şəhərində yerləşən, səmərəli fizioterapevtik müalicə metodları, yüksək xidmət səviyyəsi və peşəkar həkim-reabilitoloq personalı ilə nüfuz qazanmış "Anagennisi" Tibbi-reabilitasiya sanator mərkəzində bərpa müalicə kursu keçəcəklər. Tibbi innovasiyaların geniş tətbiq olunduğu mərkəzdə əlilliyi olan şəxslərin səhhətində ciddi yaxşılaşmaya səbəb olan müalicə prosedurları tətbiq edilir.


Sağlamlıq imkanları məhdud uşaqların da xaricdə bərpa müalicəsi istiqamətində müvafiq işlər görülür. Belə ki, son 6 ayda 85 nəfər bu qəbildən olan uşağın Latviya Respublikasının Yurmala şəhərindəki "Vaivari" Tibbi-reabilitasiya mərkəzində ixtisaslaşmış müalicəsi təşkil edilib. ƏƏSMN aidiyyatı struktur bölmələrindən olan əməkdaşlar əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların adıgedən mərkəzlərdə yerləşmələrinə və bərpa müalicə xidməti ilə təmin olunmalarına nəzarət etmək üçün həmin ölkələrə ezam olunurlar. Onlar həmçinin getdikləri ölkələrin reabilitasiya təcrübələrini də öyrənirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm