Bakı metrosunda hamilə qadına görə ajiotaj yaşandı
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunda hamilə qadına görə ajiotaj yaşandı

Bu gün Bakı metrosunda hamilə qadının halı pisləşib.

Milli.az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, "Gənclik" metrostansiyasında təxminən 25-30 yaşlarında hamilə xanımın halı pisləşib. SOS məntəqəsinin yanında yerə yıxılan qadının ətrafına xeyli insan toplaşıb, qadınlar onu qəzet yelləyərək özünə gətirməyə çalışıblar. Bələdçi israrla sərnişinlərdən onun ətrafına toplaşmamağı xahiş edib.

3 polis nəfəri yaxınlaşıb və xanımın yanındakı gənc onların müşayiəti ilə qadını keçmiş "Gənclik" mehmanxanasına tərəf çıxışa aparıb.

Bələdçinin dediyinə görə, qadının halı vaqonda pisləşib, çox güman ki, havasızlıqdan belə olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə bu cür halın ilk dəfə olmadığını bildirib: "Stansiya nəzarətçiləri tərəfindən həmin qadın stansiyadan çıxarılıb. Dərhal hadisə yerinə təcili tibbi yardım çağırılıb. Metropolitenin işçiləri qadını həkimlərə təhvil veriblər. Bu cür hadisələr metropolitendə olur və hər zaman metronun işçiləri təcili tibbi yardım çağıraraq sərnişinlərə kömək göstərirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm