Ağstafada ev kül oldu - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Ağstafada ev kül oldu - FOTOLAR

Ağstafa rayonunun Dağkəsəmən kəndində ev yanıb.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, iki qardaşAzad və Kamran Əmirovların yaşadıqları ümumi sahəsi 300 kvadrat metr olan ev qəfil alışıb.

Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon yanğından mühafizə idarəsinin əməkdaşları gələnə kimi qonşular yanğını söndürməyə çalışıblar.

Lakin yanğını söndürmək mümkün olmayıb və ev tamamilə yanıb.

Yanğın zamanı bir nəfərin xəsarət aldığı bildirilir.

Yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm