Türkiyədən Azərbaycana dəstək
Bizi izləyin

Qırmızı.az

Türkiyədən Azərbaycana dəstək

Türkiyə Azərbaycan Dərnəyinin sədri Ənvər Türkoğlu və təşkilatın İğdır şöbəsi İdarə Heyətinin üzvləri İğdırdakı Əlican Türkiyə-Ermənistan sərhəd-keçid məntəqəsinin qarşısından Azərbaycana dəstək mesajı göndərib. Əlican qapısına geniş bir heyətlə gəlmiş təşkilat üzvləri son vaxtlar Ermənistanın hücumları nəticəsində Azərbaycan əsgərlərinin şəhid olmasından dərin kədər ifadə edərək, “Azərbaycanın yanındayıq” mesajını veriblər.

Türkiyə–Azərbaycan Dərnəyinin sədri Ənvər Türkoğlu açıqlamasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaşanan gərginliyin məhz Ermənistan tərəfinin hücumlarından qaynaqlandığını vurğulayıb. Ənvər Türkoğlu Azərbaycanın şəhid olmuş əsgər ailələrinin dərdini bölüşdüyünü və yaralılara şəfa dilədiyini deyib. Azərbaycanın hər zaman bölgədə sülh və sabitliyin tərəfdarı olduğunu bildirən Ə.Türkoğlu “Azərbaycanın Ermənistanın hücumlarının qarşısını alacaq gücü var. Son günlər cəbhə xəttində Azərbaycan ordusunun güclü duruşu bunu bir daha sübut etdi” – deyib. Ən yaxın zamanda Dağlıq Qarabağ və ətraf rayonların azad olunacağına ümid bəsləyən təşkilat sədri bu yolda Azərbaycan və Azərbaycan əsgərinə hər bir dəstəyi göstərəcəklərini deyib.

Ənvər Türkoğlu eyni zamanda Türkiyə ilə Ermənistan arasındakı Əlican sərhəd-keçid məntəqəsinin ancaq Azərbaycan torpaqlarının işğaldan azad edildikdən sonra açıla biləcəyini, digər şərtlərdə qapının açılmasının qəbuledilməz olduğunu söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm