• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Gənc əsgərlər and içib

Gənc əsgərlər and içib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında Azərbaycan Respublikasının Dövlət bayrağı meydana gətirilib.

Mərasim başlandıqdan sonra bölüklər şəklində tribunanın önündə düzülən gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarına şərəflə əməl edəcəklərinə and içiblər.

Andiçmə mərasimi başa çatdıqdan sonra bayram mitinqi baş tutub.

Hərbi hissə komandirləri hərbi andın əhəmiyyəti haqqında danışmış, gənc əsgərləri əlamətdar gün münasibəti ilə təbrik ediblər.

Mərasim iştirakçılarını salamlayan hərbi hissə komandirlərinin Psixoloji təminat üzrə müavinləri Hərbi andın əhəmiyyətini vurğulayıb və son günlər Qarabağ cəbhəsində Azərbaycan əsgərinin rəşadət və igidliyini diqqətə çatdırıblar. Onlar ümidvar olduqlarını bildiriblər ki, gənc əsgərlər nümunəvi xidməti, təlim-tərbiyəsi ilə hərbi hissənin adını yüksək tutacaq, əsgəri borcu şərəflə yerinə yetirəcək, bir xilasedici kimi baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkmiş insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.

Çıxış edən valideynlər Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Azərbaycan Silahlı Qüvvələrinin xüsusi rolu olduğunu vurğulamış, bu əlamətdar günün yaratdığı xoş ovqatla ən xoş arzularını dilə gətiriblər.

Gənc əsgərlər mərasim iştirakçıları qarşısında söz veriblər ki, Vətənimizə, xalqımıza layiqli əsgər olacaq, Hərbi anda həmişə sadiq qalacaq və verilən tapşırıqları sözsüz yerinə yetirəcəklər.

Sonda hərbi orkestrin ifa etdiyi marşın sədaları altında gənc əsgərlər təntənəli şəkildə tribuna önündən keçiblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR