Kişi arvadını öldürdü
Bizi izləyin

Qırmızı.az

Kişi arvadını öldürdü

Bakıda kişi qadını qısqanclıq zəminində qətlə yetirib. Pirallahı Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, həmin ünvanda yaşayan 36 yaşlı Aydın Məmmədova həmyaşıdı olan həyat yoldaşı Elnarə Məmmədovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən Aydın Məmmədov artıq saxlanılıb. O, istintaqa ilkin ifadəsində həyat yoldaşı ilə yola getmədiklərini, hadisə baş verən gün mübahisə edib, onu möhkəm döydüyünü bildirib.

Qətlin təfərrüatları araşdırılır.

Qeyd edək ki, Aydın Məmmədovla Elnarə Məmmədovanın birgə nikahından 2 azyaşlı övladları var.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm