Rövşən Lənkəranskinin killerinin məhkəməsi başlayır - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Rövşən Lənkəranskinin killerinin məhkəməsi başlayır - FOTOLAR

Moskva vilayət Məhkəməsində Nazim Hümbətovun cinayət işi üzrə prosesə hazırlıq gedir.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Topal Nazim ləqəbilə tanınan bu şəxs məşhur qanuni oğru Rövşən Lənkəranskinin killeri hesab edilir.

Moskvadakı Pokrovka bazarını öz nüfuz dairəsinə daxil etmək istəyın Lənkəranski məhz Nazim Hümbətovun vasitəsilə rəqiblərini aradan götürüb.

İstintaq materiallarına görə, 24 sentyabr 2003-cü ildə Hümbətov öz əlaltıları ilə birgə Moskvanın Odintsovo rayonunda Azərbaycan vətəndaşı olan 4 nəfərə atəş açıb. Onlardan ikisi ölüb, ikisi ağır yaralanıb. Bundan başqa, istintaq hesab edir ki, Topal Nazimin hesabında onlarla qətlə yetirilmiş insan var.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm