Qırmızı.az
Maşının nömrəsinə pərdə çəkən kimin qohumu çıxdı?
Bakıda pultla maşını idarə edən və Xəzər rayon məhkəməsi tərəfindən 25 sutka həbs cəzası alan Orxan Əhədovun kimin qohumu olduğu məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, “Binə” ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın qardaşı nəvəsidir.
Onu da bildirək ki, gənc avtoşun yaxın günlərdə nişanı olacaqmış. 25 sutka azadlıqdan məhrum olunan Orxanın nişanı da bu səbəbdən hələ ki təxirə salınıb.
Qeyd edək ki, 12 avqust 1988-ci il təvəllüdlü Əhədov Orxan Babaverdi oğlu "Porsche Cayenne" "cip" markalı 90 FA 012 dövlət nömrə nişanlı avtomobilin sürücüsü olub.
O, pult vasitəsilə istənilən zaman avtomobilin səsboğucu qazanlarının səsinin artırıb-azaldılmasını, həmçinin mexanizm vasitəsilə pərdələrin çəkilməsi ilə dövlət nömrə nişanlarının görünməməsini nizamlayır: "Yəni dövlət nömrə nişanının üzərinə qara örtük çəkərək avtomobilin nömrəsiz idarə edilməsinə cəhd edib. Bu azmış kimi, sürücü Zaqulba prospekti ilə hərəkət edərkən yol boyu polisin saxlama işarəsinə əhəmiyyət verməyərək hərəkətini davam etdirib. Eləcə də yaradılmış süni maneəyə baxmayaraq, əks istiqamətdə həmin yolla qarşılıqlı hərkət zolağı ilə hərəkətdə olan avtomobillərə qəza şəraiti yaradaraq, yol boyu nizamlanan yol ayrıclarında işıqforun tələblərini pozaraq yüksək sürətlə digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradıb. Radiocihaz vasitəsilə həmin hərəkət istiqamətində tam süni sıxlıq yaratmaqla avtomobil sürücüsü ilə birgə saxlanılıb və barəsində tərtib edilmiş sənədlər aidiyyəti üzrə məhkəməyə göndərilib. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə avtoxuliqanlıq etdiyinə görə sürücü cəzalandırlıb
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY