Bir ayda 268 nəfər zəhərlənib
Bizi izləyin

Qırmızı.az

Bir ayda 268 nəfər zəhərlənib

Bu ilin iyul ayında 236 qida zəhərlənməsi hadisəsi baş verib. Hadisələr nəticəsində 268 nəfər zərər çəkib. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayev məlumat verib.

İ.Abdullayevin sözlərinə görə, 32 sahibkar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələnib.

Bu müddətdə 10 nəfər barədə materiallar istintaqa verilib.

32 obyektin fəaliyyəti müvəqqəti dayandırılıb, 19 nəfər işdən kənarlaşdırılıb.

İ.Abdullayev deyib ki, bakterioloji göstəricilərə görə, 797 nümunə götürülüb, onların 3-nün nəticəsi qeyri-kafi olub. 280 kimyəvi göstəricilərə görə götürülmüş nümunənin 6-da, 51 toksikoloji nümunənin 28-də, 923 yaxmadan 17-də nəticə qeyri-kafi olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm