Sabah güclü külək əsəcək
Bizi izləyin

Qırmızı.az

Sabah güclü külək əsəcək

Sabah Bakıda güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-27, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm