Qırmızı.az
Ölkəyə gətirilən köhnə maşınlara görə hansı sənədlər tələb olunacaq?
Dövlət Gömrük Komitəsi (DGK) Avro-4 standartlarına cavab verməyən avtomobillərin Azərbaycana müvəqqəti gətirilməsi zamanı gömrük rəsmiləşdirilməsi üçün tələb olunan təsdiqedici sənədlərin adını açıqlayıb.
Publika.az-ın DGK-a istinadla verdiyi məlumata görə, qeyri-rezident
fiziki şəxslər tərəfindən xarici ölkələrdə daim qeydiyyatda olan
Avro-4 ekoloji norma və standartlarına uyğun olmayan avtonəqliyyat
vasitələri və onların qoşquları (yarımqoşquları) Azərbaycan
Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilərkən
gömrük orqanlarına təqdim olunan təsdiqedici sənədlər
bunlardır:
1. Bəyannamə
2. Pasport
3. Avtonəqliyyat vasitəsinin mənsub olduğu ölkədə daimi qeydiyyatda
olmasını təsdiq edən sənəd (dövlət qeydiyyat şəhadətnaməsi)
4. Avtonəqliyyat vasitəsi mülkiyyətçi tərəfindən deyil, digər şəxs
tərəfindən istifadə olunduqda həmin şəxs barəsində verilmiş
vəkalətnamə
5. Avtonəqliyyat vasitəsi viza rejimi tətbiq olunan ölkələrdən
gətirildikdə viza və ya tələb olunduğu halda şəxsə Azərbaycan
Respublikasında müvəqqəti yaşama üçün verilmiş icazə vəsiqəsi və ya
müvəqqəti olma müddətinin uzadılması haqqında qərar.
Qeyd edək ki, Azərbaycanda Avro-4 standartları 2014-cü il 1aprel
tarixindən etibarən tətbiq olunur.
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır