Həmkəndlisini bıçaqladı
Bizi izləyin

Qırmızı.az

Həmkəndlisini bıçaqladı

Quba rayonunda bıçaqlanma hadisəsi olub. Rayon Polis Şöbəsindən Publika.az-a verilən xəbərə görə, Məhəmməd Məstanov saxlanılıb. O, həmyerlisi Turan Musayevi bıçaqlayaraq ona ağır dərəcəli bədən xəsarəti yetirib.

Yaralı dərhal Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Publika.az-a bildirilib ki, bıçaq xəsarəti alan T.Musayev əməliyyat olunub.

Hazırda polis hadisənin təfərrüatlarını araşdırır.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm