Narkotik istifadəçisi həbs olundu
Bizi izləyin

Qırmızı.az

Narkotik istifadəçisi həbs olundu

Narkotik maddələrin istifadəsində təqsirləndirilən Sabirabad rayon sakini tutulub. Baş Narkotiklərlə Mübarizə İdarəsindən Publika.az-a verilən məlumata görə, idarənin əməkdaşları və Sabirabad Rayon Polis Şöbəsinin əməliyyatçıları rayonun Xəlfəli kənd sakini Murad Əbilovu istintaqa təqdim ediblər.

M.Əbilovun üzərindən 114,2 qr həşiş, 7,4 qr marixuana götürülüb. Sonra polis əməkdaşları onun evinə baxış keçiriblər və mənzildən 685 qr qurudulmuş marixuana aşkar ediblər.

Onun əvvəllər də məhkum olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm