BQXK girovların məktublarını ailələrinə çatdırıb
Bizi izləyin

Qırmızı.az

BQXK girovların məktublarını ailələrinə çatdırıb

Kəlbəcərdə girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərov Bəynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə öz yaxınlarına məktub göndərib. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağda olan nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlıların məktublarını ailələrinə çatdırıb.

Bu barədə Publika.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

İ.Hüseynova həmçinin ailələrinin də yazdıqları məktubun Şahbaz Quliyev və Dilqəm Əskərova çatdırdıqlarını deyiblər.

Qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm