Boş qalan yerlərə qəbul nəticələri elan edildi
Bizi izləyin

Qırmızı.az

Boş qalan yerlərə qəbul nəticələri elan edildi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqənin nəticələrini elan edib. Bu barədə Publika.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Nəticələr avqustun 11-də saat 17:30-dan etibarən TQDK-nın internet səhifəsində yerləşdirilib. Abituriyentlər qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Boş qalan 2116 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5039 abituriyent ərizə təqdim edib. Onlardan 1362 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Qəbul olan abituriyentlərin siyahısı və müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 12-də “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunacaq.

Qəbul olanlar avqustun 13-dən 18-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm