Erməni işğalı zamanı dağıdılmış küçənin açılışı oldu
Bizi izləyin

Qırmızı.az

Erməni işğalı zamanı dağıdılmış küçənin açılışı oldu

Uzunluğu 2 km olan küçə müasir dizayna uyğun bəzədilib, geniş abadlıq-quruculuq işləri aparılıb, elektrik kabelləri yeraltı sistemlə çəkilmiş, müasir elektrik dirəkləri quraşdırılıb, yerli şəraitə uyğun müxtəlif ağac və gül kolları əkilib

Bu gün Horadiz şəhərində işğal dövrü dagıdılmış daha bir küçənin əsaslı təmir və bərpadan sonra açılışı olub.

Publika.Az-ın məlumatına görə, açılışda rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

A. Alıyev bildirib ki, uzunluğu 2 km olan küçə müasir dizayna uyğun bəzədilib, geniş abadlıq-quruculuq işləri aparılıb, elektrik kabelləri yeraltı sistemlə çəkilmiş, müasir elektrik dirəkləri quraşdırılıb, yerli şəraitə uyğun müxtəlif ağac və gül kolları əkilib.

Bir qrup şəhər sakini danışmış, diqqət və qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, hazırda şəhərin başqa küçələrində təmir və bərpa işləri aparılır.Tədbirdə 200-250 nəfər iştirak edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm