• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

AMEA-da M.Ə.Rəsulzadənin yubileyi ilə bağlı tədbir keçirilib

AMEA-da M.Ə.Rəsulzadənin yubileyi ilə bağlı tədbir keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərgi təşkil edib.

Publika.Az-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2013-cü il 22 noyabr tarixlisSərəncamını xatırladıb, M.Ə.Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edən məruzə ilə çıxış edib:

"Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130-cu ildönümüdür. Biz də Mərkəzi Elmi Kitabxana olaraq yubiley münasibətilə sərgi təşkil etmişik. Burada onun müxtəlif illərdə çəkilmiş fotoları, əsərlərindən ibarət kitablar nümayiş etdirilir. Hər birimiz Məhəmməd Əmin Rəsulzadənin keçdiyi həyat yolu, siyasi və ədəbi fəaliyyəti ilə yaxından tanışıq".

A.Əliyeva-Kəngərli qeyd edib ki, M.Ə.Rəsulzadə milli istiqlal ideyalarının yayılmasında böyük xidmətlər göstərib:

"Bir daha qeyd etmək istərdim ki, siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin təntənəli şəkildə keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı sərəncam Azərbaycanın ictimai-siyasi tarixinə hörmətinin bariz nümunəsidir".

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olub.

Sərgidə M.Ə.Rəsulzadənin əsərlərinin toplusu, ona həsr edilmiş kitablar, müxtəlif illərdə qəzet və jurnallarda haqqında dərc edilmiş məqalələr, fotoşəkillər, videomateriallar, virtual görüntülər təqdim edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR